Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 05:33

Abşeronda sulu qar, dağlarda qar gözlənir


Yağış

Martın 14-də Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənir. Gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edir ki, martın 14-i və 15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Multimedia

XS
SM
MD
LG