Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:42

Bu gün, martın 13-ü Yel çərşənbəsidir.

Yel çərşənbəsi xalq arasında «Külək oyadan», «Küləkli çərşənbə» kimi tanınır. İnama görə, bu çərşənbədə külək oyanan suyu, odu hərəkətə gətirir.

Yel çərşənbəsi həm də ilaxır çərşənbəyə hazırlıq mərhələsidir. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlara təzə paltar geyindirər, qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı görürlər.

Yel çərşənbəsi günü də tonqallar qalanır, evlərdə süfrəyə daha çox quru meyvə qoyulur.

Sonra Torpaq çərşənbəsi gələcək. Birinci su, ötən həftə isə od çərşənbəsi olmuşdu.

Martın 20-də sonuncu Torpaq çərşənbəsi qeyd olunacaq.

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də daxil olacaq.

Hər il baharın gəlişindən asılı olaraq, dörd çərşənbənin də vaxtı müəyyən edilir. Bu il ilk çərşənbə fevralın 27-də qeyd edilmişdi. Hər həftə (Novruzdan əvvəlki dörd həftədə) bir çərşənbə olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG