Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 18:31

BƏƏ-dən İstanbula uçan təyyarə İranda qəzaya düşüb


Qəzaya düşmüş təyyarə

İranda qəzaya uğramış Türkiyə təyyarəsinin qara qutusu tapılıb.

IRNA xəbər agentliyinin martın 12-də yazmasına görə, qəzada ölənlərin 10-nun meyiti aşkarlanıb.

Türkiyə mediası təyyarədə biznesmen Hüseyn Başaranın 28 yaşlı Mina Başaranın və onun 7 rəfiqəsinin həlak olduğunu yazır.

Məlumatlara görə, Başaran toyu öncəsi rəfiqələri ilə Dubayda şənlik keçiribmiş, onlar BƏƏ-dən İstanbula qayıdırmışlar.

Hüseyn Başaran-ın Türkiyənin turizm, maliyyə, tikinti, aviasiya, sement və enerji sektorlarında biznes maraqları var.

***

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan Türkiyə özəl təyyarəsi İranın cənub-qərbində qəzaya düşüb, 11 nəfər həlak olub.

İranın dövlət televiziyasının məlumatına görə, təyyarə Şarja şəhərindən İstanbula uçurmuş, martın 11-də İranda Şəhri Kürd vilayətində dağa dəyərək alovlanıb.

Türkiyə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Twitter-də yazıb ki, qəzada səkkiz sərnişin həlak olub. Onlardan azı birinin biznesmen Hüseyn Başaranın ailə üzvü olduğu bildirilir.

Bombardier Challenger C600 təyyarəsindəki 3 ekipaj üzvü də həlak olub.

Şəhri Kürd Tehrandan 370 kilometr cənubda yerləşir.

Türkiyənin Nəqliyyat Nazirliyi təyyarənin Basaran Holding-ə məxsus olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG