Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 22:42

Gömrük, həbsxana işçilərin də maaşları artdı


İlham Əliyev maaşları əslində nə qədər artırmalıydı?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

İlham Əliyev maaşları əslində nə qədər artırmalıydı?

Prezident gömrük, penitensiar, miqrasiya və hərbi xidmətə çağırış üzrət xidmətlərin işçilərinin maaşını martın 1-dən 10 faiz artırıb.

Dövlət başçısı bununla bağlı bu gün, martın 10-da bir neçə sərəncam verib.

Sərəncamın birində yazılır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 10 faiz artırılsın.

Başqa bir sərəncamla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərin də deyilən vaxtdan maaşlarına 10 faiz əlavə edilməlidir.

Habelə, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də maşları həmin miqdarda artırılır.
Daha bir sənədlə isə Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin də aylıq vəzifə maaşlarına eyni qaydada əlavə ediləcək.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əmək haqları artırılıb. Bu, ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.
Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər. Onlar əməkhaqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri (aprelin 11-də keçiriləcək) öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar, bir qayda olaraq, davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.

XS
SM
MD
LG