Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 22:15

Bakıda jurnalistlərin qurultayı keçirilir [yenilənib]


Jurnalistlərin 6-cı qurultayı (arxiv fotosu)

Bu gün, martın 10-u Bakıda Azərbaycan jurnalistlərinin 7-ci qurultayı başlayıb.

Qurultayda şuraya üzv gündəlik qəzetlər, informasiya agentlikləri 2, həftəlik, aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə təmsil olunurlar.

Qurultayın əvvəlində Mətbuat Şurası sədrinin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənməlidir. Hesabatların müzakirəsindən sonra Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçilməlidir.

Buna da bax: 2017-nin nəticələri: 'İş o yerə çatdı ki, hökumət mediasında çalışanlar da getdi'

Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də qurultayın gündəmində olacaq. İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması təklif olunur.

Qurultayda Mətbuat Şurasının 17 əsas və 5 ehtiyat üzvünün seçilməsi planlaşdırılır. 17 əsas üzvdən 8-i jurnalistləri, 6-ı ictimaiyyəti, 3-ü isə internet informasiya resurslarını təmsil edəcək. Ehtiyat üzvlərdən 2-i jurnalistlərdən, 2-i ictimaiyyətdən, 1-i isə internet informasiya resurslarından olacaq.

* * *

Prezidentdən jurnalistlərə: “Milli maraqlarımızı hər şeydən uca tutmalı”

“Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra ölkəmizdə azad, demokratik mətbuatın təşəkkülü üçün geniş imkanlar açılıb”.

Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin 7-ci qurultayının iştirakçılarına müraciətində belə yazılır. Müraciəti qurultayda prezidentin köməkçisi Əli Həsənov oxuyub.

Müraciətdə vurğulanıb ki, mərhum prezident Heydər Əliyevin səyləri nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, mükəmməl qanunvericilik bazası formalaşdırılıb.

Ölkə başçısı Mətbuat Şurasının yaradılmasını media ilə dövlət və cəmiyyət arasında yeni keyfiyyət mərhələsinin başlanması kimi qiymətləndirib. O, vurğulayıb ki, ötən 15 ildə Mətbuat Şurası ölkədə söz və məlumat azadlığının inkişafı, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi və müstəqilliyinin gücləndirilməsi ilə bağlı səmərəli təkliflərlə çıxış edib.

Ölkə başçısının fikrincə, Mətbuat Şurası Azərbaycanın aparıcı ictimai təşkilatları sırasında özünə layiqli yer tutub və cəmiyyətdə böyük nüfuz qazanıb.

Müraciətdə o da ifadə olunub ki, dünya miqyasında Azərbaycanın informasiya resurslarının çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir.

“Qlobal şəbəkənin genişləndiyi və transmilli medianın ayrı-ayrı ölkələrin daxili həyatına, beynəlxalq nüfuzuna ciddi təsir göstərdiyi müasir dövrdə Azərbaycan kütləvi informasiya vasitələri daha fəal və prinsipial olmalıdır. Yüksək peşəkarlıq nümayiş etdirərək milli maraqlarımızı hər şeydən uca tutmalı, cəmiyyətimizin tərəqqisi naminə öz qüvvə və bacarıqlarını əsirgəməməlidir”, – müraciətin sonunda qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG