Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 18:07

Q.İbadoğlunun təşkilatına növbəti 'yox'


Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının dövlət qeydiyyatına alınmamasını Ali Məhkəmənin də haqlı saydığı bildirilir.

Bu haqda hərəkat təmsilçisi Ellada Məmmədli məlumat verib. Onun deməsinə görə, hərəkatın qeydə alınmamasından əvvəlcə aşağı məhkəmələrə şikayət edilib. Əvvəlcə Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca Bakı Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyin qərarını haqlı hesab edib. Həmin qərarlardan verilmiş kasasiya şikayətinə martın 9-da Ali Məhkəmədə baxılıb.

Hakim İlqar Dadaşovun sədrlik etdiyi məhkəmə heyətinin hərəkatın şikayətini rədd etdiyi bildirilir.

E.Məmmədli məhkəmə qərarını ədalətsiz saydıqlarını, qərarı əldə etdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcəklərini deyib.

Xatırlatma

Ədliyyə Nazirliyi müxtəlif əsaslarla 3 dəfə Demokratiya və Rifah Hərəkatını dövlət qeydiyyatına almaqdan imtina edib. Buna əsas kimi nizamnamə və bəzi başqa sənədlərdə çatışmazlıqlar göstərilib.

Azərbaycan Demokratiya və Rifah Hərəkatını başda Q.İbadoğlu olmaqla 2014-cü ilin dekabrında Müsavat Partiyasının bir qrup keçmiş üzvləri yaradıb. Onlar Müsavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qaldıqlarından belə addım atdıqlarını deyirlər.

XS
SM
MD
LG