Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:36

İki ayda ərzaq 6 faiz bahalaşıb


Supermarket

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, iki ayda 2017-ci ilin göstəriciləri ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 4.7 faiz yüksəlib.

Ərzaq məhsullarının qiymətlərində 5.8, qeyri-ərzaq mallarının qiymətlərində 4.7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlərində isə 3.3 faiz bahalaşma olub.

Ötən il ölkədə rəsmi məlumata görə, 13 faizə yaxın inflyasiya olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG