Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Yalan ayaq tutub yeriyərmiş


İllüstrativ foto
İllüstrativ foto

Twitter yalanları sevirmiş. Bir araşdırma bu sosial şəbəkədə yalanın həqiqətdən daha sürətlə yayıldığını üzə çıxarıb.

“The Associated Press” agentliyi yazır ki, araşdırma sosial mediada saxta informasiyanın həqiqətdən altı dəfə sürətlə yayıldığını və daha çox adama çatdırıldığını üzə çıxarıb. Və tədqiqat müəllifləri deyirlər ki, günahkar heç də xüsusi proqramlar – botlar deyil, elə özümüzük.

Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları 2006-2016-cı illərdə milyonlarla dəfə paylaşılan 126 mindən çox əhvalatı nəzərdən keçiriblər. Bu, Donald Trump prezident seçilməzdən öncəyə düşür. Alınan nəticə odur ki, “saxta xəbərlər” Twitter-də informasiyanın bütün kateqoriyaları üzrə daha sürətlə, daha dərindən və daha geniş yayılıb. Araşdırma martın 8-də “Science” dərgisində çap edilib.

*** Buna da bax: Qəzet Facebook-u ittiham edir

10 SAAT vs. 60 SAAT

Nə cür kəsib-doğramağından asılı olmayaraq, saxtalıq qalib gəlir”, – araşdırmanın həmmüəllifi, Twitter-də keçmiş baş media mütəxəssisi Deb Roy deyib.

Twitter tədqiqatı maliyyələşdirsə də, nəticəsinə heç bir təsir göstərməyib, müəlliflər belə deyirlər.

Alimlər hesablayıblar ki, orta saxta xəbər 10 saata 1500 Twitter istifadəçisinə çatır. Həqiqətsə bunu 60 saata edir. Ortalama götürəndə, saxta informasiya həqiqi xəbərə nisbətən 35 faiz çox adama çatdırılır.

Təkrar paylaşılan həqiqi xəbərlər 1000 nəfərə çatmadığı halda, saxta xəbərlərin ilk 1 faizi 100 min nəfərə çatıb.

Tədqiqatçılar xəbərlərin bir adamdan digərinə, ailə şəcərəsində olduğu kimi, necə çatdırılmasına da baxıblar. Üzə çıxan odur ki, saxta informasiya 24 nəslə çatdırıldığı halda, həqiqət 12-nə ancaq gedib çıxıb.

Son vaxtlar internetdə saxta informasiyanın yayılması sarıdan narahatlıq artıb. Belə ki, rusiyalıların 2016-cı il prezident seçkisi kampaniyası zamanı sosial mediada dezinformasiya yayaraq ABŞ-da narazılıq yaratmağa, demokratların namizədi Hillary Clinton-a zərbə vurmağa çalışdığı bəlli olub.

YALANLARIN MÖVZUSU

Twitter bu ayın əvvəlində bildirib ki, problemi yoluna qoymaqdan ötrü kənardan ekspertlərin köməyini istəyib. Facebook-sa bu həftə “The Associated Press” agentliyi ilə tərəfdaşlığa başlayıb, məqsəd saxta, yönəldici informasiyaların aşkarlanmasıdır.

*** Buna da bax: Çinin qlobal senzura cəhdləri. Facebook, Google rejimlə əməkdaşlıq edir?

Sözügedən tədqiqatda 126 min 285 əhvalatın doğruluğu müxtəlif mənbələrlə yoxlanıb. Onların üçdə ikisinin saxta, beşdə birindən də azının həqiqət, qalanların qarışıq olduğu müəyyənləşib.

Bəs ən sürətlə yayılan 3 saxta xəbərin mövzusu nəymiş? Bu yalanlar 2015-ci ildə Parisdə bomba hücumu zamanı qəhrəman adlandırılan müsəlman mühafizəçi; ESPN cəsarət mükafatı yarışmasında Caitlyn Jenner-dən sonra ikinci yerə çıxan İraq müharibəsi veteranı və “The Simpsons” serialında 2000-ci ildə Trump-ın prezidentliyi barədə süjetin yer alması (bu, 2015-ci ildə baş verib) barədə imiş.

Tədqiqatçılar avtomatik hesabları da nəzərdən keçiriblər. Düzdür, onlar saxta xəbərləri insanlardan daha sürətlə yayıb. Amma Roy deyir ki, botlarsız belə, yalanlar daha sürətlə yayılıb və daha uzaqlara gedib çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG