Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 08:37

Qəzet Facebook-u ittiham edir


Facebook
Facebook

Braziliyanın ən böyük qəzeti olan «Folha de S Paulo»nun baş redaktoru Facebook sosial şəbəkəsini ittiham edib. Şəbəkə şəxsi kontent və «saxta xəbər»lərin daha dərinə nüfuz etməsinə şərait yaratmaq üçün peşəkar jurnalistikanı öz səhifələrindən effektiv kənarlaşdırmaqda suçlanıb.

Qəzet bundan sonra öz kontentini özünün Facebook səhifəsində yaymayacağını açıqlayıb. Bu media orqanı həmçinin, sosial media nəhəngini xəbər lenti alqoritmi vasitəsilə saxta xəbərlərə rəvac verməkdə qınayıb.

«Əlverişsiz müştəri»

Facebook-un yaradıcısı və baş icraçı direktoru Mark Zuckerberg bildirib ki, ötən ay tətbiq olunmuş alqoritm dəyişikliyi «məzmunlu» sosial ünsiyyəti və şəxsi paylaşımları şirkətlər, markalar və medianın kontentindən önə çıxaracaq.

***Buna da bax-Müxalifət: 'Təşkilatlanmış şərhçilər axşam 6-ya qədər işləyirlər' [video]

Ancaq «Folha»nın baş redaktoru Sérgio Dávila hesab edir ki, bu addım sadəcə siyasi dezinformasiya və yalan xəbərlərin yayılmasına yol açıb.

«Facebook şəxsi peşəkar jurnalistikanın öz səhifələrinə çıxışını kontentin xeyrinə yasaqlamaqla və saxta xəbərlərin yayılmasına meydan açmaqla bizim kimi keyfiyyətli kontent təklif edənlər üçün əlverişsiz müstəviyə çevrilib», – o deyib.

Dávila qəzetin öz kontentini Facebook səhifəsində paylaşmamaq qərarını Facebook-un qəzetin oxucularından ötrü əhəmiyyətinin azalmaqda olması ilə izah edib. Ancaq o, həm də əlavə edib ki, alqoritm dəyişikliyi bu qərarın qəbulunda həlledici amil olub.

«Folha» qəzetinin özü tədqiqat apararaq belə nəticəyə gəlib ki, Braziliyanın 10 ən böyük qəzetinin kontentinin Facebook-da paylaşılması, habelə şərhlər və layklarının həcmi ötən ilin yanvarından 32% azalıb.

Trollar kimlərdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:00:58 0:00

17 faiz azalma

Ötən həftə bir yazıda «Folha» oktyabrdan yanvaradək saxta xəbərlər dərc edən 21 sayt və 51 «peşəkar jurnalistika» saytının kontetinə Facebook-da istifadəçilərin reaksiyasını təhlil etdiyini yazıb.

Yazıda deyilir ki, bu müddətdə saxta xəbərlərin Facebook-da topladığı reaksiyaların həcmi üç dəfə artdığı halda, peşəkar jurnalistika saytlarının kontentinə verilən reaksiya 17% azalıb. Facebook-un yeni alqoritminin təsiri nəticəsində yanvarda saxta xəbərlərə reaksiyaların həcmi bir qədər azalıb.

***Buna da bax-Seçki dönəmində hakimiyyət Facebook-u bloklayacaqmı? [video]

Qəzet özünün 6 milyon izləyicisi olan Facebook səhifəsini saxlayacağını, ancaq daha yeniləməyəcəyini bildirib.

Braziliyada oktyabrda keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində saxta xəbərlərlə bağlı narahatlıq artmaqdadır. Ötən ay hökumət saxta xəbərləri önləmək üçün federal polis əməkdaşlarından, seçki məhkəməsi rəsmiləri və prokurorlardan ibarət xüsusi işçi qrup yaratdığını bildirib.

«Folha» əhalisi 209 milyon, ərazisi isə bütöv bir qitə boyda olan ölkənin ən böyük qəzetidir. Media monitorinqi ilə məşğul olan IVC qeyri-hökumət qurumunun məlumatına görə, dekabrda qəzetin kağız və elektron versiyalarının birgə tirajı 285 min olub.

Sosial şəbəkədə hansı məlumatla maraqlanırsız?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Facebook-dan giriş azalır

Ancaq IVC həmçinin, qəzetin kontentinə Facebook-dan çıxan istifadəçilərin sayının azaldığını bildirib.

IVC-nin prezidenti Pedro Silva sözügedən tədqiqata istinadən «The Guardian»a bildirib ki, 2017-ci ilin son 6 ayı ərzində istifadəçilərin Braziliyanın ən böyük xəbər saytlarına Facebook-dan çıxışı 9%-dən 7%-ə düşüb.

Xəbər saytlarına Facebook vasitəsilə çıxışın həcmi yanvarın 22-sindən daha da düşüb. Həmin həftə ölkənin korrupsiya və çirkli pulların yuyulmasında suçlanan keçmiş prezidenti Luiz Inácio Lula da Silvan-ın apellyasiya dinləməsi olub. Pedro Silva eyni həftə ərzində «Folha»nın rəqəmsal oxucu auditoriyasının artdığını bildirib.

Facebook «The Guardian»ın suallarına cavab verməyə dərhal razılıq verməyib. Yanvarda alqoritm dəyişikliyini müdafiə etməyə çalışan M.Zuckerberg bildirmişdi ki, şirkətlər, markalar və mediadan gələn postlar insanların bir-biri ilə daha çox ünsiyyət qurmasına yol açan şəxsi paylaşımları sıxışdırıb çıxarır. Zuckerberg sonradan sözügedən dəyişiklik nəticəsində insanların Facebook qarşısında 50 milyon saat daha az vaxt keçirdiyini deyib.

Braziliya Facebook-un dünyada üçüncü ən böyük bazarıdır. «Statista» statistika portalının verdiyi məlumata görə, burada onun 130 milyon istifadəçisi var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG