Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 14:28

Martın 20-də 'Açıq qapı' günü keçiriləcək


Müdafiə Nazirliyi

Martın 20-də saat 11:00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınlarına «Açıq qapı» günü keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan şərait ilə tanış ola, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkə bilərlər.

««Açıq qapı» günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək», - məlumatda vurğulanır.

Baharın gəlişi münasibətilə Azərbaycanda və dünyanın bəzi ölkələrində xüsusi mərasimlər- Novruz bayramı keçirilir.

Şamaxı Astrofizika Rəsədxanasından bildirildiyinə görə, bu il bahar fəsli Azərbaycana martın 20-də saat 20:15-də gələcək.

Müdafiə Nazirliyi son illər Yeni il və Novruz bayramında «Açıq qapı» günü keçirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG