Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:18

Səudiyyə pakistanlıların hüquqlarını “tapdalayır”


Yəməndən evakuasiya olunmuş pakistanlılar Karaçi aeroportunda qarşılanır

Səudiyyə Ərəbistanının kriminal məhkəmə sistemi pakistanlı təqsirləndirilənlərin ədalətli mühakimə hüququnu pozur. Bunu Human Rights Watch insan haqları təşkilatı və Lahorda mənzillənən Pakistan Ədalət Layihəsi bildirib.

Kriminal məhkəmə sistemindəki gözəgirən qüsurlar özünü pakistanlılar üçün daha kəskin büruzə verir, onlar hüququ yardım almaqda, Pakistan səfirliyi əməkdaşlarından konsulluq xidməti əldə etməkdə çətinlik yaşayırlar”, – qurumlar martın 7-də yaydıqları 29 səhifəlik hesabatda bildirirlər.

Hesabata görə, pozuntulara hüquqi ittiham, yaxud məhkəmə keçirilmədən uzunmüddətli saxlamalar, hüquqi yardıma çıxışın olmaması, qüsurlu tərcümə xidmətləri, saxlananların etirafları imzalamağa məcbur edilməsidir.

Səudiyyə Ərəbistanında 12 milyon xarici vətəndaş yaşayır, onlar ölkənin ümumi əhalisinin üçdə birini təşkil edir. HRW bildirir ki, Səudiyyədə 1,6 milyon pakistanlı var və çoxu da miqrant fəhlələrdir.

Qurum son dörd ildə Səudiyyədə 73 pakistanlının edam olunduğunu bildirir. Demək olar, hamısı heroin qaçaqçılığında təqsirli bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG