Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 12:37

Martın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-7, gündüz 11-16, bəzi yerlərdə 19, Bakıda gecə 5-7, gündüz 15-17 dərəcə isti olacaq.

Martın 8-də Azərbaycanın rayonlarında da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı bildirilir. Gecə 2-6, gündüz 15-20 dərəcə isti , dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti təxmin edilir.

Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakı və Abşeron yarımadasında martın 9-u günün ikinci yarısından martın 10-u səhərədək hava qeyri-sabit keçəcək, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi təxmin edilir.

Azərbaycanın rayonlarında da martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı vurğulanır. Havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG