Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 23:44

Duma spikeri təcavüzdən qorxan qadın jurnalistlərə 'işinizi dəyişin' deyir


Dumanın spikeri Vyaçeslav Volodin
Dumanın spikeri Vyaçeslav Volodin

Rusiya parlamenti - Dövlət Dumasının spikeri Vyaçeslav Volodin millət vəkilləri tərəfindən seksual qısnamaya məruz qaldıqlarını deyən qadın jurnalistləri işlərini dəyişməyə çağırıb.

Spiker bu təklifi qadın jurnalistlərə martın 7-də, Beynəlxalq Qadınlar Gününün ərəfısində verib.

O qadın jurnalistlərin Leonid Slutskini seksual qısnamada ittiham etmələrini millət vəkilini “gözdən salmaq cəhdi” adlandırıb.

Volodin deyib: “Sizin üçün Dumada işləmək təhlükəlidir? Onda işinizi dəyişin”.

Volodin Putinin yaxın müttəfiqidir və əvvəllər prezident administrasiyası rəhbərinin müavini işləyib.

Bundan bir gün əvvəl BBC jurnalisti Slutskini seksual qısnamada ittiham etmişdi.

***

BBC jurnalisti deputatı cinsi qısnamada suçlayır

BBC jurnalisti rusiyalı deputat Leonid Slutsky-ni cinsi qısnamada suçalyır.

Korporasiyanın rus xidmətinin əməkdaşı Farida Rustamova artıq Slutsky-ni ittiham edən üçüncü jurnalistdir.

Leonid Slutski
Leonid Slutski

Dumanın beynəlxalq münasibətlər komitəsinin sədri olan Slutsky ittihamları rədd edib, qadınları defamasiyaya görə məhkəməyə verməklə hədələyib.

Slutsky millətçi siyasətçi Vladimir Zhirinovsky-nin Libelar Demokratik Partiyasının üzvüdür.

Rustamova bir il öncə baş vermiş insidentin audiosunu yazıb. BBC səsyazısının onda olduğunu, ancaq yaymamağa qərar verdiyini bildirib.

Ötən il martın 24-də Farida Rustamova Slutsky-nun Dumadakı ofisinə ondan şərh almağa gedib. Deputat Fransada o vaxt prezidentliyə namizəd Marine Le Pen-in Rusiyaya səfəri barədə danışmalıydı.

ƏVVƏL İŞ TƏKLİF EDİB

Slutsky söhbət zamanı qəfildən mövzunu dəyişib və Rustamova-ya deyib ki, BBC-dəki işindən çıxıb onun üçün işləmək istərdimi. Bu haqda BBC martın 7-də vebsaytında yazıb.

*** Buna da bax: Sobchak Dumanın deputatına qarşı istintaq tələb edir

Jurnalist imtina edəndə deputat gileylənib: “Məndən qaçmağa çalışırsan, məni öpmək istəmirsən, məni incidirsən”.

BBC-nin bildirdiyinə görə, Rustamova səs yazısında Slutsky-yə deyir ki, sevgilisi var və ərə gedəcəyinə ümid edir.

Əla, onun həyat yoldaşı, xanımı olacaqsan”, – Slutsky deyir.

Rustamova-nın sözlərinə görə, Slutsky sonra ona yaxınlaşaraq “əlinin bədəninin aşağı hissəsinə sürtməyə başlayıb”.

Farida Rustamova daha öncə Slutsky-yə qarşı ittihamlar səsləndirən anonim mənbələrdən idi, sonra açıq danışmağa qərar verib.

Ötən ay Dozhd internet televiziyasının prodüseri Darya Zhuk, Rusiyanın RTVI televiziya şirkətinin baş redaktor müavini Yekaterina Kotrikadze hər ikisi Slutsky-ni cinsi qısnamada açıq ittiham edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG