Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:30

Xüsusi rütbəli polislərin maaşları 10 faiz artdı


İ.Əliyev

Daxili İşlər Nazirliyinin bəzi əməkdaşlarının və Daxili Qoşunların Baş İdarəsində çalışanların maaşları artırılıb.

Prezident İlham Əliyev bu gün, martın 6-da bununla bağlı iki sərəncam imzalayıb.

Sərəncamlardan biri Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması haqqındadır. Sərəncama əsasən, qeyd olunan kateqoriyadan olanların aylıq vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılır.

Prezidentin başqa sərəncamı Daxili Qoşunların Baş İdarəsində çalışanlarla bağlıdır. Həmin sərəncama əsasən isə, Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları da martın 1-dən orta hesabla 10 faiz artırılıb.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əmək haqları artırılıb. Bu, ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər. Onlar əmək haqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar, bir qayda olaraq, davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG