Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Narkoloji Mərkəzdə yanğına görə bir nəfər tutulub


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Bu gün, martın 6-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Respublika Narkoloji Mərkəzində baş verən yanğın barədə növbəti məlumat yayıb.

Məlumatda xatırladılır ki, martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın olub.

«Təxirəsalınmaz prosessual hərəkətlər, əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkən şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

***Buna da bax-Sədr: 'Təəssüf ki bəzi xoşagəlməz məlumatlar yayılır ki...'

Narkoloji Mərkəzdə «alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları» diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə saat 6 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını göstərib», - məlumatda yazılır.

Rəsmi iddiaya görə, həmin şəxs ifadəsində həmçinin deyib ki, alovun digər palatalara keçməsindən qorxduğundan şöbənin qapısı açılan kimi Mərkəzi tərk edib.

***Buna da bax-Keçmiş baş həkim: 'Oradan inzibati bina kimi istifadə edirdik'

«Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib», - məlumatda vurğulanır.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham edilir. Onun barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

«Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri barədə əlavə məlumat veriləcək», - açıqlamada bildirilir.

Bu açıqlamaya hələlik M.Məmmədovun, onun vəkili və ya qohumlarının münasibətini öyrənmək mümkün olmayıb.

Xatırlatma

Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əvvəlcə bildirmişdilər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.

Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlandığı açıqlanmışdı.

Artıq yanğında ölənlərin meyitlərinin ekspertizadan sonra ailələrinə verildiyi deyilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG