Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:14

Meyitlərin ekspertizası davam edir


25 nəfərin ölümünə səbəb olan yanğın
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

25 nəfərin ölümünə səbəb olan yanğın

Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olan 25 nəfərdən 10-nun meyitləri ailələrinə verilib. Matın 6-da isə daha 3-4 nəfərin meyitinin ailələrinə veriləcəyi gözlənir.

Bunu Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən (MTEPAB) bildiriblər.

Birlikdən verilən məlumata görə, həlak olan şəxslərin yaxınları müraciət etdikcə, meyitlərin tanınması ilə bağlı ekspertizaların nəticələri təqdim olunur:

«Bundan sonra isə meyitlər ailə və ya yaxınlarına verilir», - birlikdən bildiriblər.

Xatırlatma

Martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Yanğın nəticəsində 25 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları bildiriblər ki, yanğına elektrik naqillərində qısaqapanma səbəb olub.

Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma-ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG