Keçid linkləri

Təcili xəbərlər
2018, 10 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

Kim Cənubla “reinteqrasiya” danışıqlarını irəlilətmək istəyir


Cənubi Koreyada Olimpiya oyunları vaxtı etirazçı

Şimali Koreya lideri Kim Jong Un Cənubi Koreya təmsilçiləri ilə “səmimi danışıq” aparıb və Cənubla reinteqrasiya danışıqlarını “irəli aparmaqdan ötrü qətiyyəti”ni ifadə edib.

Kim Cənubi Koreya prezidenti Moon Jae-in tərəfindən göndərilmiş elçilərlə martın 6-da görüşüb. İlk dəfədir belə bir görüş keçirilir. Koreyalar münasibətlərini bərpa etməyə çalışırlar. Bir ildir Şimalın nüvə silahı sınaqları ucbatından iki ölkə arasında gərginlik yaranıb.

Şimali Koreya dövlət mediasının yazmasına görə, Kim dörd saatadək çəkən nahar zamanı “milli birliyin yeni tarixini yazmaq” arzusunu dilə gətirib.

Di gəl, onun fikirləri Seul və Vaşinqtonda şübhəyə qarşılanıb. Rəsmilər şübhələnirlər ki, Pxenyan ABŞ-ın rəhbərliyi ilə qoyulan sanksiyaları zəiflətməkdən ötrü son vaxtlar belə jestlər edir.

Ötən ay Pxenyan Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya oyunlarına qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG