Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Dekabr, Cümə, Bakı vaxtı 15:43

Nüvə sazişinin iflası “böyük itki” olar


Yukiya Amano

İranla dünya ölkələrinin imzaladığı 2015-ci il nüvə sazişinin iflası “böyük itki” olar. Bunu BMT-nin atom enerjisinə nəzarət agentliyinin rəhbəri martın 5-də deyib

“Bu gün bəyan edə bilərəm ki, İran nüvə öhdəliklərini yerinə yetirir”, – Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano qurumun idarə heyətinin rüblük iclasında deyib.

Nüvə sazişinin məqsədi Tehrana beynəlxalq sanksiyaların yüngülləşdirilməsi əvəzində İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasıdır. Hazırda sazişin taleyi sarıdan narahatlıq var. Belə ABŞ prezidenti Donald Trump ötən il deyib ki, sənəddəki qüsurlar “düzəldilməsə”, ondan çıxacaq.

Trump yanvarda razılaşmanın “düzəldilməsindən” ötrü ABŞ konqresmenləri və Avropa müttəfiqləri qarşısında 120 günlük vaxt qoyub.

XS
SM
MD
LG