Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:25

Banklarda əhalinin 7.5 mlrd. manatı var


Banklar niyə bağlanır?
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Banklar niyə bağlanır?

2018-ci il yanvarın 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28169.7 mln. manat, öhdəlikləri isə 24367.9 mln. manat təşkil edib.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumatda deyilir.

Məlumata görə, sektorun balans kapitalı 3801.8 mln. manat, əhalinin əmanətləri isə 7482.5 mln. manat olub.

2018-ci ilin yanvar ayında bank sektorunun aktivləri 0.9% (249 mln. manat), öhdəlikləri 0.6% (156 mln. manat), kapitalı isə 2.5% (93 mln. manat) artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 142, ATM-lərin sayı 2439 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti 16207 nəfərdir.

2015-cı ilə qədər Azərbaycanda 43 bank fəaliyyət göstərirdi. 2016-cı ilin yanvar-sentyabr aylarında 11 bankın fəaliyyət lisenziyası öhdəliklərini yerinə yetirə bilmədiklərinə görə ləğv edildi. Daha bir bank digər bankla birləşdi, 2017-ci ildə isə «Dəmirbank»ın fəaliyyəti dayandırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG