Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 03:13

Netanyahu Trump-la görüşəcək


Donald Trump (sağda) və Benjamin Netanyahu (arxiv fotosu)

İsrailin baş naziri Benjamin Netanyahu martın 5-də Birləşmiş Ştatlara səfəri çərçivəsində prezident Donald Trump-la görüşəcək.

Vaşinqtona yola düşməzdən öncə Netanyahu deyib ki, Trump-ın Qüdsdə ABŞ səfirliyinin mayın 14-ə planlaşdırılan açılış mərasimində iştirakının mümkünlüyünü müzakirə edəcək.

Onunla bu məsələni mütləq müzakirə edəcəyəm”, – Netanyahu deyib.

Qüdsün İsrailin paytaxtı kimi tanınması və müstəqillik günümüzdə ABŞ səfirliyinin Qüdsə köçürülməsi kimi tarixi qərara görə çox minnətdaram”, – o söyləyib.

Trump ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərəb dünyasını, eləcə də müttəfiqlərini qəzəbləndirib.

Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı sayırlar. İsrail şərqi Qüdsü ilhaq edərək paytaxtı elan etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

XS
SM
MD
LG