Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 21:21

Havanın küləkli olacağı gözlənir


Bakı

Martın 3-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı təxmin edilir. Mülayim şimal küləyinin əsəcəyi, gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacağı vurğulanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 2-4, gündüz 7-12, Bakıda gecə 2-4, gündüz 10-12 dərəcə isti olacaq.

Martın 3-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi bildirilir. Bəzi rayonlarda qərb küləyi gözlənir. Gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təxmin edilir.

XS
SM
MD
LG