Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Novruz ərəfəsində yarmarkalar olacaq


Bakıda Novruz yarmarkası. 2016

Novruz bayramı ilə bağlı Bakı və Sumqayıt şəhərlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yarmarkalar 4 gün ərzində martın 17-dən 21-nə qədər davam edəcək.

Məlumatda bu, əhalinin kənd təsərrüfatı, ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımı və möhtəkirliklə mübarizə məqsədi ilə izah edilir.

Yarmarkalar Bakı şəhərində 5 ünvanda olacaq. Onlar Xətai, Nərimanov, Səbail, Suraxanı və Binəqədi rayonunda təşkil ediləcək. Sumqayıt şəhəri üzrə isə 2 yerdə yarmarka olacaq.

«Yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin məsul əməkdaşlarından ibarət işçi qruplar təhkim olunub. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq», -məlumatda vurğulanır.

Xatırlatma

Son illər Yen il və Novruz bayramları ərəfəsində istər Bakıda, istərsə də əyalətlərdə kənd təsərrüfatı məhsulları yarmarkaları təşkil edilir. Ancaq bəzi alıcılar şikayətlənir ki, yarmarkalarda bir sıra məhsullar bazarlardan ucuz olsa da, onların keyfiyyətləri yüksək olmur.

Bu il Azərbaycana bahar fəsli martın 20-də qədəm qoyacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG