Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 00:09

Ukraynaya Javelin satışı təsdiqlənib


Siyasi karikatura. Javelin və Putin

ABŞ Dövlət Departamenti Ukraynaya Javelin tank əleyhinə raketlərin və buraxıcı qurğuların satışını təsdiqləyib. ABŞ ordusunun məlumatına görə, sövdələşmənin dəyəri 47 milyon dollardır.

Javelin sistemi Ukraynaya uzunmüddətli müdafiə qabiliyyətinin gücləndirilməsində, suverenliyinin və ərazi bütövlüyünün müdafiəsində kömək edəcək”, – Pentaqon martın 1-də yaydığı bəyanatda bildirib.

“Bu avadanlığın təklif olunan satışı və dəstəklənməsi regiondakı hərbi balansı dəyişməyəcək”, – bəyanatda vurğulanır.

ANTİSNAYPER QURĞULARI DA GÖZLƏNİR

Hələ dekabrda Vaşinqton Ukraynaya müdafiə silahları vermək qərarına gələndə bu, Rusiyanın etirazını doğurmuşdu. ABŞ məqsədin Ukraynanın şərqində rusiyapərəst separatçılarla 4 ildir gedən münaqişədə Kiyevi dəstəkləmək olduğunu deyir.

Arxiv fotosu
Arxiv fotosu

Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin bildirməsinə görə, Ukrayna 210 Javelin raketi, 37 hədəfləyici-buraxıcı avadanlıq bloku və gərəkən texnika istəyib. Sövdələşməyə təlim, texniki yardım, nəqliyyat və logistikanın digər aspektləri də daxil olacaq.

Ukrayna və ABŞ rəsmiləri Dövlət Departamentinin sənədi təsdiqləyəcəyini gözlədiklərini deyirdilər. Qanun belə bir təsdiq tələb edir, amma bu, heç də razılaşmanın yekunlaşması demək deyil, Pentaqon bildirib.

Ukrayna prezidenti Petro Poroshenko fevralın 28-də demişdi ki, bir neçə həftəyə Birləşmiş Ştatlardan silahların ilk göndərişi gözlənir.

Antisnayper qurğularından başlamaqla, fərqli göndərişlərdən danışırıq, çünki xeyli sayda ukraynalı əsgər Rusiya snayperləri tərəfindən vurulur. Bütün detalları açıqlaya bilmərəm, bu, məxfi informasiya sayılır”, – Poroshenko söyləyib.

2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində Donetsk və Luqansk regionlarında hökumət qüvvələriylə separatçılar arasında döyüşlərdə 10 min 300-dən çox ölən olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG