Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 01:51

43.2 milyon kompensasiya ödənib


DəmirBank

«DəmirBank» Açıq Səhmdar Cəmiyyətinin (ASC) qorunan əmanətləri üzrə 43.2 milyon manat kompensasiya ödənilib.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilir.

Kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada ödənilib.

Kompensasiyaların ödənilməsinə fevral-ın 1-dən başlanılıb. Əmanətçilər kompensasiyaların ödənilməsindən ötrü 1 il müddətində müraciət edə bilər.

Xatırlatma

Maliyyə Bazalarına Nəzarət Palatası (MBNP) ötən il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

MBNP-nın açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət olub.

İlkin qiymətləndirmələrə görə, bankda kompensasiya olunmayan əmanətlər isə 28.3 mln manat təşkil edib. Qorunmayan əmanətlərin qaytarılmasından isə hələ ki, söhbət getmir.

2016-cı ildə isə ölkədə 10-dan çox bank bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG