Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Peşə məktəblərinə qəbul başladı


İmtahan

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib.

Mərkəzin məlumatına görə, ərizələrin qəbulu martın 1-dən martın 27-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər bunu mərkəzin internet səhifəsi üzərindən etməlidir.

İmtahanlarda iştirak ödənişlidir. DİM bildirir ki, orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirakdan ötrü ilk dəfə müraciət edənlər dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) imtahan verəcəklər. Başqa abituriyentlər isə 20 AZN ödəməlidir.

9 illik təhsili Azərbaycanda cari ildə bitirənlər müsabiqədə ana dili və riyaziyyatdan buraxılış imtahanından əldə etdikləri nəticələr əsasında iştirak edəcəklər Həmin buraxılış imtahanları iki mərhələdə, martın 4-dən iyulun 3-dək keçiriləcək.

9 illik təhsili əvvəlki illərdə bitirənlər və orta təhsil səviyyəsini Azərbaycandan kənarda alanlar isə müsabiqədə iştirak etməkdən ötrü ana dili, riyaziyyat fənlərindən qəbul imtahanı verməlidir. Qəbul imtahanı iki mərhələdə - aprelin 15-də və iyulun 10-da keçiriləcək.

Qəbul imtahanını başqa dildə verən abituriyentlər «Azərbaycan dili» testindən də keçməli olacaqlar. Bu imtahanda abituriyentlərə kurrikulum əsasında hazırlanmış 30 test tapşırığı təqdim ediləcək. Abituriyent «məqbul» almaqdan ötrü 15-dən az olmayan bal toplamalıdır. Həmin test imtahanı da iki mərhələdə - aprelin 22-də Bakı və başqa bölgə mərkəzlərində, iyunun 10-da isə Bakı, Naxçıvan şəhərlərində keçiriləcək.

İxtisas seçimi buraxılış imtahanı başa çatdıqdan sonra həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 40-dan, Azərbaycan, rus dili fənləri üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər.

Xatırlatma

Ötən ildən Azərbaycanda bəzi imtahanlar ödənişlidir. Ödənişlər 10 manatdan 110 manat arasında dəyişir. Yalnız qəbulda birinci dəfə iştirak edənlər dövlət hesabına imtahana buraxılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG