Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 13:35

Ukrayna antikorrupsiya məhkəməsi yaratmağa yaxınlaşır


Verkhovna Rada yaxınlığında toqquşmalar, 27 fevral, 2018-ci il

Ukrayna parlamenti antikorrupsiya məhkəməsinin yaradılmasına dair qanunvericiliyi təsdiqləyib. Bunu ölkədə bir sıra etirazçı qruplar və xarici qurumlar tələb edirdi. Qanunvericilik martın 1-də 282 deputatın dəstəyilə qəbul olunub.

Səsvermədən öncə Verkhovna Rada-nın spikeri Andriy Parubiy deputatları təklif olunan qanun layihəsini dəstəkləməyə çağırıb, deyib ki, ona ikinci və sonuncu oxunuşda dəyişiklik oluna bilər.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun (BVF) liderləri Ukraynadan antikorrupsiya islahatları tələb edirlər. Bu ölkə Transparency International-ın Korrupsiyanı Qavrama İndeksində 180 ölkə içində 130-cu yeri tutub.

BVF antikorrupsiya məhkəməsinin yaradılmasını Ukraynanın qərb hüquq standartlarına doğru yürüşündə əsas kriteriya adlandırmış, bunun ölkəyə kredit ayrılmasını asanlaşdıracağını bildirmişdi.

Prezident Petro Poroshenko ötən oktyabrda vəd eləmişdi ki, 2017-ci ilin sonunadək antikorrupsiya məhkəməsilə bağlı qanunvericilik qəbul olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG