Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 02:37

Bakıda yağış, dağlıq rayonlarda qar gözlənir


Yağış

Martın 2-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı vurğulanır. Gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG