Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 14:36

Trump-ın kommunikasiya direktoru vəzifədən gedir


Hope Hicks

Ağ ev fevralın 28-də bildirib ki, kommunikasiya direktoru Hope Hicks istefa verir. Bir gün öncə o, prezident Donald Trump administrasiyası ilə Rusiya arasında mümkün əlaqələri araşdıran Konqres komitəsində sorğu-suala tutulmuşdu.

29 yaşlı Hicks Trump-ın yaxın köməkçilərindəndir. O, fevralın 27-də Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində doqquz saat ifadə verib.

Ağ evin sözçüsü Sarah Sanders deyib ki, Hicks-in istefa qərarı onun komitədə dindirilməsiylə bağlı deyil.

Konqresmenlər Hicks-in bəzi sualları cavablandırmaqdan imtina etdiyini deyiblər. O, 2016-cı il seçki kampaniyası zamanı Trump-ın sözçüsü olub.

Vaxtilə Trump-ın qızı Ivanka Trump-ın köməkçisi olmuş Hicks prezidentin seçki kampaniyasına başlarkən işə götürdüyü ilk şəxslərdən idi.

XS
SM
MD
LG