Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 01:18

Slovakiyada bir neçə rəsmi istefa verib


Jan Kuciak

Slovakiyada jurnalist Jan Kuciak-ın qətlindən sonra baş nazirin köməkçisi Mariya Troshkova, Təhlükəsizlik Şurasının katibi William Yasan, mədəniyyət naziri Marek Madyarich istefa verib. Mədəniyyət naziri deyib ki, baş verənlərdən sonra “nazir kreslosunda necə oturacağını” təsəvvür eləyə bilmir.

Jan Kuciak Aktuality.sk xəbər portalı, jurnalistlərin korrupsiyanı araşdırma layihəsi olan OCCRP üçün çalışırdı. OCCRP-nin yaydığı yarımçıq araşdırmadan bəlli olur ki, jurnalist Slovakiya siyasətçilərinin İtalyan mafiyasıyla mümkün əlaqələrinin izinə düşübmüş.

Jurnalistin nişanlısıyla birlikdə güllələnmiş meyiti fevralın 25-də aşkarlanıb.

Polis dərhal bildirib ki, bu qətl Kuciak-ın jurnalist fəaliyyətilə bağlı ola bilər. ƏTRAFLI

XS
SM
MD
LG