Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 21:19

Orta məktəb müəllimlərinin maaşı da artdı - 10 faiz


Arxiv fotosu

Azərbaycanda təhsil müəssisələrində çalışan işçilərin əməkhaqları artırılır.

Prezident İlham Əliyev fevralın 28-də bununla bağlı iki sərəncam imzalayıb.

Birinci sərəncam dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşlarının artırılmasını nəzərdə tutur.

Onların vəzifə maaşları martın 1-dən orta hesabla 10 faiz artırılacaq.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Başqa bir sərəncam dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşlarının artırılması ilə bağlıdır.

Onların da maaşları martın 1-dən orta hesabla 10 faiz artırılacaq.

Xatırlatma

Prezident İlham Əliyev fevral ayının 19-dan etibarən bəzi təqaüd və müavinətlərin artırılması ilə bağlı sərəncamlar verib. Həmin artımlar da martın 1-də qüvvəyə minəcək. Amma bu artımlar 10 faizdən 70 faiz arasında dəyişir.

Günün bütün mövzuları

XS
SM
MD
LG