Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:49

İnternetə çıxış 8 faiz yüksəlib


İllüstrativ foto

Ötən il dünyada internetə çıxış 8,3 faiz artıb. “The Economist Intelligence” Facebook-un sponsorluğuyla “İnklüziv İnternet İndeksi”ni hazırlayıb. İndeks artıq ikinci ildir hazırlanır.

Dəyərləndirmə 85 ölkə üzrə aparılıb. Ümumilikdə internetə girən kişilərin qadınlardan 33,5 faiz çox olduğu üzə çıxıb. Azgəlirli ölkələrdə gender fərqli kişilərin xeyrinə 80,2%-dir. Amma Nepal, Malavi, Mozambik kimi bir sıra aşağı gəlirli ölkələr qadınlar və qızlar arasında internetə çıxışın yaxşılaşdırılması siyasəti yürüdürlər.

İndekslə eyni zamanda “İnternetin Dəyəri” adlı sorğu da keçirilib. 85 ölkədə 4 min 267 istifadəçi internetin onların həyatına təsirini dəyərləndiriblər. Sorğu üzə çıxarıb ki, özəlliklə Asiya, Yaxın Şərq və Afrikada internet vətəndaşlar üçün imkanlar mənbəyidir. Hər 10 respondentdən altısı deyib ki, “internetdən istifadə məni daha da müstəqil edib”.

Avropada isə şəxsi həyat və təhlükəsizlik məsələlərinin internetdən istifadəni məhdudlaşdırdığı aşkarlanıb. Ümumilikdə, respondentlərin 85%-i deyib ki, özəl həyatdan dolayı internetdən istifadəni müəyyən dərəcədə azaldıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG