Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Dekabr, şənbə, Bakı vaxtı 01:13

Rusiya Assad-ı “terror hədəsi”nə qarşı dəstəkləyəcəyini deyir


Sergei Lavrov

Moskva Suriya prezidenti Bashar al-Assad hökumətinə “terror hədəsi”nin dəf edilməsinə yardımını davam etdirəcək. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 28-də Cenevrədə BMT İnsan Haqları Şurasının toplantısında deyib.

Son 10 gündə Suriya hökumətinin Dəməşq yaxınlığındakı şərqi Qutaya hava zərbələrindən yüzlərlə adam həlak olub.

Bu arada Qərb ölkələri Rusiyanı Assad üzərindəki nüfuzundan istifadə edərək 30 günlük atəşkəsi təmin etməyə çağırıb.

BMT Təhlükəsizlik Şurasının fevralın 24-də qəbul etdiyi qətnamədə Suriya ərazisində 30 gün ərzində atəşkəsə əməl olunması tələb edilir.

Amma fəallar dünən Rusiyanın elan etdiyi beşsaatlıq fasilə zamanı hökumətin Qutaya hava və artilleriya zərbələrini davam etdirdiyini bildirir. Dəməşqlə Moskva isə üsyançıları evakuasiya yolunu bombalamaqda suçlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG