Fevralın 28-də gecə Beynəlxalq Kosmik Stansiyadan üç heyət üzvü Yerə qayıdıb.
Kosmosda altı ay qalmış iki amerikalı astronavt və bir rusiyalı kosmonavt Yerə Soyuz kosmik aparatında dönüblər.
NASA-dan Joe Acaba və Mark Vande Hei, Rusiyadan Aleksandr Misurkin kosmik aparatdan çıxarkən gülümsəyib, yumruqlarını havaya qaldırıblar.
Tibb işçiləri onları qalın yorğana büküb, nəbzlərini yoxlayıb.
“Sizinçün artıq darıxmağa başladıq”, – kosmik stansiyanın komandiri Anton Shkaplerov onları yola salarkən deyib.
Heyət üzvləri sentyabrdan kosmik stansiyada idilər.
Adəti üzrə, NASA Acaba və Vande Hei-ni Hyustona göndərəcək. Misurkin isə Rusiyada Ulduz şəhərciyindəki kosmonavt qərargahına qayıdacaq.
Martın 21-də Qazaxıstandan kosmik stansiyaya əvəzedici heyət yola salınmalıdır.