Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:07

İsa Qəmbərin Türkiyəyə gedəcəyi gözlənir


İsa Qəmbər. 30avq2017

Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər tibbi müayinədən ötrü Türkiyəyə gedəcək.

Bu haqda Müsavat başqanı Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, İsa Qəmbərin durumu yaxşıdır.

“İsa Qəmbər özünü yaxşı hiss edir və yəqin ki, bu gün (27 fevral) Mərkəzi Klinik Xəstəxanadan çıxacaq. Dostlarımız təklif edib ki, daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün onun Türkiyəyə getməsi yaxşı olar. Bu təklifləri nəzərə alaraq İsa bəylə Türkiyəyə gedəcəyik. Orada həm dostlarımız və müttəfiqimizlə görüşlərimiz olacaq, həm də İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”, – Arif Hacılı bildirib.

Buna da bax: İsa Qəmbər xəstəxanaya aparılıb

Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranmışdı. Onu həmin gün Mərkəzi Klinik Xəstəxanaya yerləşdirmişdilər. Müayinələrdən sonra İ.Qəmbərin ürəyinə stent qoyulmuşdu.

Milli Strateji Düşüncə Mərkəzinin sədri yanvarın 18-də müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı.

Fevralın 23-də isə İ. Qəmbərin yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.

Xatırlatma

İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından, milli azadlıq hərəkatının liderlərindən biridir. O, 1990-1995-ci illərdə deputat, 1992-1993-cü illərdə isə Milli Məclisin sədri olub.

İ.Qəmbər 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini də icra edib.

1993-cü ilin yayında Əbülfəz Elçibəyin başçılıq etdiyi hakimiyyət devriləndən sonra İ.Qəmbər bir neçə ay həbsdə də olub.

İ.Qəmbər Müsavat Partiyasının bu il keçiriləcək prezident seçkisində namizədi idi. Oktyabrda keçirilməli olan seçki prezidentin istəyi ilə bu il aprelin 11-nə təyin edildi. Bunun ardınca da Müsavat Partiyası, bəzi müxalif qüvvələr kimi, azad və ədalətli seçkilərdən ötrü imkanın olmadığını bildirərək boykot qərarı verdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG