Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 20:01

Prokuror Taleh Bağırovun tərəfdarına 8 il həbs cəzası istədi


Əhsən Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının koordinatoru, ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Əhsən Nuruzadəyə 8 il həbs cəzası istənilib. Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Orxan Dəmirli dindar fəalın belə cəzalandırılmasını təklif edib.

Prokuror çıxışında deyib ki, Ə.Nuruzadəyə verilən narkotik ittihamı məhkəmədə sübuta yetirilib.

Prosessual qaydalara görə, məhkəmədə çıxışlar mərhələsində prokurordan sonra növbə vəkilindir. Amma Ə.Nuruzadənin vəkili Fariz Namazlı çıxışa hazır olmadığını deyib və vaxt istəyib. Ona martın 6-na qədər vaxt verilib.

Xatırlatma

Ə.Nuruzadə oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, günlərlə onun yaxınlarına yeri haqda heç bir məlumat verilməyib, ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası verilməsi haqda danışıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG