Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 10:56

Səudiyyə Ərəbistanında hərbi komandirlər dəyişib


Səudiyyə kralı Salman bin Abdulaziz Al Saud, 26 fevral, 2018-ci il

Səudiyyə Ərəbistanında ordunun baş qərargah rəisi daxil olmaqla, bir sıra aparıcı hərbi komandirlər dəyişdirilib.

Səudiyyə Pres Agentliyi fevralın 27-də bu haqda kral sərəncamlarını yayıb.

Yerdəyişmələrə rəsmi səbəb göstərilməyib.

Krallıq həmçinin Müdafiə Nazirliyinin “inkişafı”na dair planı elan edib, amma detallar açıqlanmayıb.

Bu işdən çıxarılmalar Yəməndə müharibəylə eyni vaxta təsadüf edir, Səudiyyənin rəhbərlik etdiyi koalisiya Yəmən hökumətini şiə husi yaraqlılardan müdafiə edir.

BMT Yəməndə döyüşlərdə və hava zərbələrində 10 mindən çox dinc sakinin öldürüldüyünü, 7 milyondan çox adamın aclıq çəkdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG