Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 01:07

Prezident Mingəçevirdə


Mingəçevir Su Elektrik Stansiyası yenidənqurmadan sonra istismara verilib

Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərində bəzi obyektlərin açılışında iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasiminə qatılıb. «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verib. E.Pirverdiyev bildirib ki, istismara yararsız iki turbin dəyişdirilib, 200 meqavat gücündə avtotransformator quraşdırılıb. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb.

Prezident Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində də iştirak edib. «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bu layihə çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib. O bildirilib ki, dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatıb. 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Şəhərdə 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib.

Bu gün, fevralın 27-də Azərbaycan prezidenti İ.Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG