Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 08:24

Səudiyyə də nüvə enerjisi 'sevdasına düşüb'


Vaşinqtonda Hanford nüvə obyekti, arxiv fotosu

Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanıyla nüvə enerjisi sazişiylə bağlı danışıqlar aparır. Bu saziş Ər-Riyada uran zənginləşdirməyə və emalına icazə verə bilər, əvəzində isə krallıqda reaktorları ABŞ şirkətləri tikməlidir. Bu barədə media fevralın 26-da yazıb.

The Associated Press, Bloomberg və digər media orqanlarının yazdığına görə, səudiyyəlilər belə qabaqcıl nüvə imkanlarının mülki nüvə enerjisi proqramına salınmasına çalışırlar. Onlar İranla dünya ölkələrinin 2015-ci ildə imzaladığı nüvə razılaşmasın istinad edirlər, həmin sənəd Tehrana nüvə zənginləşdirmə fəaliyyətini məhdud şəkildə davam etdirməyə icazə verib.

*** Buna da bax: BMT İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir

“EYNİ HÜQUQLAR İSTƏYİRİK”

Səudiyyənin arqumenti budur ki, onlar nüvə bombası hazırlamağa yaxın fəaliyyətlə məşğul ola bilməlidirlər. Axı, yaxın on ildə İranın nüvə fəaliyyətinə məhdudiyyətlərin də getdikcə daha yumşaq forma alacağı gözlənir.

Digər ölkələrlə eyni hüquqlara malik olmaq istəyirik”, – Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir bu yaxınlarda Münhendə keçirilən təhlükəsizlik konfransında deyib.

Di gəl, Səudiyyəyə uran zənginləşdirmə və emalında yardım Birləşmiş Ştatlar siyasətinə əks sayılır. Prezident Barack Obama Səudiyyənin bu tələblərinə qarşı çıxırdı, onsuz da təlatümlü Yaxın Şərqdə nüvə yayılmasını önləməyə çalışırdı.

ABŞ keçmişdə bir çox ölkələrin uran zənginləşdirməmək, plutoniumu emal etməməklə bağlı razılaşma imzalamağı tələb edib, bunu Birləşmiş Ştatlardan nüvə texnologiyasının alınmasında şərt kimi qoyub.

Obama administrasiyası İranla nüvə sazişi üzrə danışıqlar aparanda Tehran nüvə bombası hazırlamağa Səudiyyədən daha yaxın idi. Nüvə sazişi çərçivəsində Tehrana beynəlxalq sanksiyalar yüngülləşdirildi, əvəzində zənginləşdirmə və digər nüvə fəaliyyətinə məhdudiyyət qoyuldu.

*** Buna da bax: İqtisadi faydası olmasa, İran nüvə sazişindən “çıxacaq”

İRANLA SAZİŞ SƏRTLƏŞDİRİLƏRSƏ...

“The Associated Press” adını çəkmədiyi ABŞ rəsmilərinə istinadla yazır ki, Səudiyyə İranla nüvə sazişinin sərtləşdirilməsi əvəzində öz nüvə fəaliyyətinə məhdudiyyətləri qəbul etməyə hazırdır.

ABŞ prezidenti Donald Trump da İranla sazişi sərtləşdirmək istəyir, özəlliklə də məhdudiyyətlərə son tarixlərin ləğvinə çalışır.

Digər tərəfdən, Trump ABŞ şirkətlərinin okeanın bu tayında biznes qurmasını təbliğ edir. Birləşmiş Ştatların Westinghouse nüvə enerjisi şirkəti Səudiyyə Ərəbistanıyla kontraktların əldə olunmasına çalışır.

Ümumdünya Nüvə Assosiasiyasının məlumatına görə, Səudiyyə Ərəbistanı növbəti 20-25 ildə dəyəri 80 milyard dollardan artıq 16 nüvə enerjisi reaktoru tikməyi planlaşdırır.

*** Buna da bax: Azərbaycanda Səudiyyə-İran rəqabəti

Martın 2-də Londonda Səudiyyəylə danışıqlarda ABŞ nümayəndə heyətinə enerji naziri Rick Parry başçılıq edəcək.

Administrasiyayla hər hansı saziş Konqresdə təsdiqlənməlidir. Bəzi konqresmenlərsə ABŞ-ın Yaxın Şərqdə nüvə silahlarının yayılmaması siyasətini tərk etməsindən narahatlıq dilə gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG