Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:05

İqtisadi faydası olmasa, İran nüvə sazişindən “çıxacaq”


Abbas Araqchi

İran 2015-ci ildə dünyanın böyük dövlətləriylə imzaladığı nüvə sazişindən iqtisadi fayda götürməsə, böyük banklar Tehranla iş birliyi qurmasa, sənəddən çıxmaqla hədələyir.

Nüvə sazişi ətrafında eyni qarışıqlıq və qeyri-müəyyənlik siyasəti qalarsa, şirkətlər və banklar İranla işləməzsə, bizə faydası dəyməyən sazişdə qala bilmərik”, – xarici işlər nazirinin müavini Abbas Araqchi fevralın 22-də Londonda deyib.

2015-ci il nüvə sazişi beynəlxalq iqtisadi sanksiyaların qaldırılması əvəzində Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutur.

Amma ABŞ prezidenti Donald Trump ötən ay Avropa ölkələrinə ultimatum verib ki, sazişdəki “dəhşətli qüsurlar” aradan qaldırılmasa, İranın ABŞ sanksiyalarından azad olunması müddətini uzatmayacaq.

İranın ISNA xəbər agentliyinə görə, Araqchi və digər rəsmilər Londona “siyasi danışıqlar”dan ötrü gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG