Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Su çərşənbəsi gəldi


Su

Bu gün, fevralın 27-də (Novruzun gəlişindən asılı olaraq, hər il bir neçə gün fərqlə qeyd edilir) Azərbaycanda ilk çərşənbə - Su çərşənbəsidir.

Novruz bayramına 4 həftə qalmış dörd ünsür - su, od, yel və torpaqla bağlı çərşənbələr təntənəli şəkildə keçirilir.

Bu gün nə edərlər

Hələ gün doğmamışdan insanlar su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanalar.

Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoyular, hamı həmin sudan içər.

Başqa çərşənbələr kimi, tonqal da qalayarlar.

Su çərşənbəsinin öz adətləri var. Su çərşənbəsində, adətən, arxlar səliqəyə salınır, hovuzlar təmizlənir. Torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Deyilənə görə, Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qədim inanclara görə, kainat su, od, yel, torpaqdan yaranıb.

Su çərşənbəsindən başqa, Novruz bayramına qədər od, yel, torpaq çərşənbələri də qeyd edilir.

Azərbaycanda bu il martın 6-da Od, martın 13-də Yel, martın 20-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəsli ölkəyə martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Multimedia

XS
SM
MD
LG