Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:56

'Azneftmaş'da partlayış-yanğın olduğu deyilir


Arxiv fotosu

Bu gün, fevralın 26-da Mingəçevir şəhərindəki "Azneftmaş" Açıq Səhmdar Cəmiyyətində (ASC) partlayış olduğu bildirilir.

"Report"un xəbərinə görə, günorta saatlarında qeydə alınan hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Partlayış nəticəsində müəssisənin əməkdaşları - 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilovun müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı deyilir. Yaralıların Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirildikləri bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mingəçevir şəhərində fəaliyyət göstərən “Azneftmaş” ASC-də əsasən, neft və qaz mədənlərinin istismarında istifadə olunan avadanlıqların istehsal edildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG