Keçid linkləri

2025, 08 İyul, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Navalny-nin “Rıbkaqeyt”indəki qadın Tailandda saxlanıb


Nastya Rybka
Nastya Rybka

Rusiyada müxalifətçi Aleksei Navalny-nin bu günlərdə açıqladığı hesabatın mərkəzində duran rusiyalı qadın Tailandda saxlanıb. Navalny-nin araşdırmasında rusiyalı milyarderlə uzun müddət prezident Vladimir Putin-in uzun müddət baş müşaviri olmuş şəxsin görüşdüyü iddia olunurdu.

Tailand mediasının fevralın 26-da yazdığına görə, sevişməklə bağlı kurs keçən, özünü seks eksperti adlandıra 10 rusiyalı bir gün öncə, Pattaya kurort şəhərində oteldə saxlanıb.

*** Buna da bax: Deripaska alüminium imperiyasından istefa verir

BİRİNİN NASTYA RYBKA OLDUĞU TƏSDİQLƏNİB

Polis saxlanmış şəxslərdən birinin Taliandda qanuni müddətdən artıq qaldığını, üçünün krallığa qanunsuz daxil olduğunu, qalanların icazəsiz işlədiyini bildirib.

YouTube-da yayılmış videoda Nastya Rybka adlı Belarusda doğulmuş qadının saxlananlar arasında olduğu görünür.

Navalny-nin Antikorrupsiya Fondu Putin-in yaxın çevrəsinin korrupsiyaya bulaşdığını iddia edən bir neçə hesabat yayıb. Bu yaxınlarda yayılmış hesabatda maqnat Oleg Deripaska ilə baş nazirin müavini Sergei Prikhodko-nun yaxtada görüşdüyü iddia olunurdu.

Rybka-nın “Facebook” hesabından götürülmüş video və fotolar hesabatda yer alıb.

*** Buna da bax: Navalny saxlanıb və buraxılıb

Tailanddakı Rusiya səfirliyinin konsulluq departamentinin rəhbəri Vladimir Sosnov RIA xəbər agentliyinə Rybka-nın saxlanan rusiyalılar arasında olduğunu təsdiqləyib. Onların Tailandda məhkəməyə çıxarılacağını, Rusiyaya deportasiya olunacağını deyib.

1999-cu ildən Rusiyanın prezidenti, yaxud baş naziri olan Putin-in martda daha altı illiyə prezident seçiləcəyi gözlənir.

Putin-in qatı tənqidçisi olan, küçə etirazları təşkil edən Navalny barəsindəki məhkəmə hökmləri əsas gətirilərək seçkiyə buraxılmayıb. Müxalifətçi həmin cinayət işlərinin məqsədli uydurulduğunu deyir.

XS
SM
MD
LG