Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 13:11

Müqəddəs Məzar kilsəsi vergiyə görə bağlanıb


Müqəddəs Məzar kilsəsi, 25 fevral, 2018-ci il

Qüdsdəki Müqəddəs Məzar kilsəsi bağlanıb. Kilsənin xristian liderləri bu addımı İsrailin onların kommersiya obyektlərindən vergitutma planına etiraz olaraq gerçəkləşdiriblər.

İnanca görə, kilsə İsa peyğəmbərin çarmıxa çəkildiyi, basdırıldığı və dirildiyi yerdə tikilib.

Fevralın 25-də yaydıqları birgə bəyanatda liderlər özlərinə qarşı “sistematik pozuntu kampaniyası”nı, müqəddəs torpaqda xristianlara misli görünməmiş hücumu pisləyirlər.

Kilsənin önündə oxunan bəyanatı məbədin yunan pravoslav, erməni apostol və roman katolik rəhbərləri imzalayıb.

*** Buna da bax: ABŞ-ın Qüdslə bağlı daha bir qərarı. Fələstinlilər qəzəblənib

186 MİLYON DOLLAR

Bəyanatda bildirilir ki, təsdiqlənərsə, yeni qanun kilsələrin torpaqlarının əlindən alınmasını mümkün edir.

Kilsənin nə vaxtadək bağlı qalacağı açıqlanmır. Bu kilsə Qüdsdə ziyarətçilərin ən çox baş çəkdiyi məkanlardadndır.

Bu etirazdan sonra İsrail hökuməti qanun layihəsinə baxılmasını ertələdiyini, mübahisənin həllindən ötrü “kilsələrlə işləyə biləcəyini” bildirib.

Xristian liderlər kilsənin əmlakını kommersiya təyinatlı sayır və hökumətin ona vergi qoymasına qarşı çıxır. Yalnız ibadət yerləri istisna sayılır.

Yerusəlimin meri Nir Barkat deyir ki, kilsə əmlaklarından yığılmamış verginin həcmi 186 milyon dollardır.

Barkat-ın sözlərinə görə, bu kilsə, eləcə də digərləri yenə də vergidən azad olacaq, dəyişikliklər kilsələrə məxsus obyektlərə, “otellərə, zallara, şirkətlərə” aiddir.

Bunlar ibadət yeri deyil. Daha Qüds sakinlərinin bu ağır yükü daşımasını tələb etməyəcəyik”, – Qüds bələdiyyəsi bildirib.

Xristian liderlərsə bu addımın onların işinə təhlükə yaratdığını, təkcə dini deyil, sosial xidmət fəaliyyətlə də məşğul olduqlarını söyləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG