Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:26

Sanksiya qoyulmuş nazir BMT-də çıxış edəcək


Alireza Avayi
Alireza Avayi

Fevralın 26-də BMT-nin İnsan Haqları Şurası 37-ci illik iclasına başlayır. İclasda İranın ədliyyə naziri də çıxış edəcək, halbuki o, Avropa Birliyi və sessiyanın keçirildiyi İsveçrənin sanksiyası altındadır.

Tədbirdə 100 ölkə və beynəlxalq qurum liderlərinin üçgünlük sammiti planlaşdırılır. Martın 23-dək davam edəcək sessiya Cenevrənin Palais des Nations sarayında keçiriləcək.

Tənqidçilər iranlı nazir Alireza Avayi-nin sessiyada çıxış planlaşdırmasını tənqid ediblər.

ÇIXIŞLA EYNİ VAXTA ETİRAZ PLANLAŞDIRILIR

Avropa Birliyi və İsveçrə ona maliyyə sanksiyaları qoyublar, Avayi-nin Tehranın baş prokuroru vəzifəsində ikən “insan haqları pozuntuları, qanunsuz həbslər, məhkumların hüquqlarının pozulması, edamların artması üçün məsuliyyət daşıdığını” bildirirlər.

*** Buna da bax: İranda hicaba etiraz edən daha iki qadın həbs olunub

Avayi-yə İnsan Haqları Şurasında çıxış etməyə icazə verilməsi biabırçılıqdır, BMT-yə, onun insan haqları mexanizmlərinə rişxənd edilməsidir”, – Parisdə mənzillənən İran Milli Müqavimət Şurasının üzvü Shahin Gobadi deyib.

Bu baş verməməlidir, Avayi ölkəsində son etirazların qəddarcasına yatırdılması üçün məsuliyyət daşıyır”, – o, “Frans Pres” agentliyinə emailində yazıb.

Gobadi-nin sözlərinə görə, Avayi-nin çıxışıyla eyni vaxtda, fevralın 27-də BMT-nin Cenevrədəki qərargahında etiraz planlaşdırılır.

İranın müxalifət qrupları Avayi-nin 1988-ci ildə siyasi məhbusların qətlində də əsas rol oynadığını iddia edirlər.

İnsan Haqları Şurasının sözçüsü Rolando Gomez fevralın 23-də deyib ki, iclasda kimin çıxış etməsinə üzv ölkələr özləri qərar verirlər.

AB-nin Avayi-yə sanksiyaları çərçivəsində onun qurum üzvlərinə səyahəti əngəllənir, AB ərazisində hesabları dondurulur. AB üzvü olmayan İsveçrənin qoyduğu sanksiyaları ancaq maliyyə sahəsindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG