Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:17

İranda hicaba etiraz edən daha iki qadın həbs olunub


Ötən dekabrda hicab etirazlarını başladan Vida Movahedi
Ötən dekabrda hicab etirazlarını başladan Vida Movahedi

İranın təhlükəsizlik zabitləri Tehranda baş örtüklərini açmaq və elektrik transformatoru qutusunun üstünə çıxmaqla icbari hicaba etiraz bildirən iki qadını həbs ediblər.

Həbs edilən qadınlardan biri - Shaparak Shadizadeh fevralın 21-də polisə aparılıb. Ailəsi onun həbs edilərkən döyüldüyünü bildirir.

Digər qadının fevralın 22-də həbs olunduğu xəbər verilir.

Videoda polis zabitinin onu təpiklədiyi və çıxdığı qutunun üstündən yerə düşürməyə çalışdığını göstərir.

AzadlıqRadiosu xəbər verir ki, son həftələrdə 20-dək qadın məcburi hicab qaydasına qarşı etiraz aksiyası keçirib.

İran polisi fevralın əvvəllərində bildirib ki, ictimai yerlərdə baş örtüklərini açan 29 qadın həbs olunub.

1979-cu il İslam inqilabından bəri ölkıədə qadınların geyimi üçün sərt şəriət qaydaları mövcuddur.

Geyim qaydalarına görə qadınlar başlarını və bədənlərini tamamilə örtməlidirlər.

Əxlaq polisi məcburi hicab qaydalarına lazımınca riayət etməyən qadınların üzərinə hücumlar edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG