Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:11

Prezident Xocalı faciəsi ilə bağlı mərasimdə iştirak edib


Bakıda Xocalı abidəsi

Bu gün, fevralın 26-da səhər saatlarından Bakıda Xətai rayonundakı Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə anım mərasimi başlayıb.

AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva anım mərasimində iştirak ediblər.

Abidənin yanında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İ.Əliyev abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident M.Əliyeva, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoydular.

Mərasimdə dövlət, hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət rəhbərləri, dini konfessiyaların başçıları və qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.

Xatırlatma

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhəri işğal edib.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfər isə itkin düşdüyü bildirilir.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG