Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 08:07

Prezident Amerika Yəhudi Komitəsinin rəhbərliyini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. (President.az)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 25-də Amerika Yəhudi Komitəsinin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Con Şapiro deyib ki, Azərbaycanda yəhudi icmasının nümayəndələrinə çox yaxşı şərait yaradılıb.

Dövlət başçısı İlham Əliyev də öz növbəsində vurğulayıb ki, Azərbaycanda başqa xalqların və icmaların nümayəndələri kimi yəhudilərə də hər cür şərait yaradılıb.

Onun deməsinə görə, yəhudi icmasının nümayəndələri cəmiyyətin fəal üzvləridirlər, öz ənənələrinə sadiqdirlər, ölkənin inkişafı və Azərbaycan həqiqətlərinin dünyada yayılması işinə öz töhfələrini verirlər.

Söhbət zamanı Azərbaycan-ABŞ və Azərbaycan-İsrail əlaqələrinin inkişafından razılıq ifadə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG