Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 02:26

XİN Niderlandın Xocalı faciəsinə qiymət verməsini istəyir


Hikmət Hacıyev

“Niderland Krallığı parlamentinin nümayəndələr palatasının qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyevin açıqlamasında bildirilir.

O, vurğulayıb ki, Ermənistan ötən ilin 80-ci illərinin sonlarından etibarən dinc Azərbaycan əhalisinə qarşı çoxsaylı hərbi cinayətlər törədib.

Buna da bax: Niderland səfiri Türkiyə XİN-ə çağrılıb

“1992-ci il fevralın 26-da Ermənistanın hazırki hərbi-siyasi rəhbərliyinin komandanlığı ilə Dağlıq Qarabağda Azərbaycanın Xocalı şəhərinin sakinlərinə qarşı soyqırım həyata keçirilib", – o, qeyd edib.

H.Hacıyev vurğulayıb ki, Niderland parlamenti ikili standartlardan imtina etməli və Xocalı faciəsinin 26-cı ildönümü ərəfəsində bu hadisələrə obyektiv qiymət verməlidir.

Xatırlatma

Hollandiya parlamentinin aşağı palatası 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin qətlə yetirilməsinin soyqırımı kimi tanınması barədə qətnaməni əksər səs çoxluğu ilə qəbul edib.

Parlamentin spikeri Khadija Arib fevralın 22-də keçirilmiş səsvermədən sonra qətnamənin 142 lehinə, 3 əleyhinə nisbəti ilə qəbul olunduğunu elan edib.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə isə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edib.

Həmin vaxt 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir, 150 nəfərin isə itkin düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG