Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 00:12

VI Qlobal Bakı Forumu keçiriləcək


Moldova prezidenti Igor Dodon

Bu il martın 15-dən 17-nə kimi VI Qlobal Bakı Forumu keçiriləcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir

Komitədən yayılan məlumata görə, Moldova prezidenti İqor Dodon da bu Forumda iştirak etmək məqsədi ilə Azərbaycana gələcək.

Forum çərçivəsində “Balkan regionunda vəziyyət - regional təhlükəsizlik məsələlərinin proqramı və ya yeni geosiyasi şahmat lövhəsi?” mövzusunda keçiriləcək iclasda Moldova prezidenti İqor Dodonun çıxışı planlaşdırılır.

İqor Dodon 2016-cı il noyabrın 13-də keçirilən seçkilərin ikinci turunda Moldova Respublikasının prezidenti seçilib.

VI Qlobal Bakı Forumunda Albaniya prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç və başqa dövlət rəsmiləri də dəvətlilər sırasındadır. Tədbir çərçivəsində Yaxın Şərq regionunda təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılmalıdır.

Xatırlatma

Qlobal Forumun əsasını 2013-cü ildə Rusiya baş naziri Dmitry Medvedevlə Azərbaycan prezidenti İlham Əliyev qoyub. 2013-2017-ci illər ərzində 5 forum keçirilib. Bundan əvvəlki forum ötən il martın 16-da keçirilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG