Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Armen Sarkisian prezidentliyə namizəd oldu


Prezident Serzh Sarkisian (sağda) Armen Sarkisian-la görüşür, 16 fevral, 2017-ci ildə
Prezident Serzh Sarkisian (sağda) Armen Sarkisian-la görüşür, 16 fevral, 2017-ci ildə

Ermənistanda hakim Respublikaçı Partiyası və Ermənistan İnqilabi Federasiyası (ARF), yaxud Dashnaktsutyun keçmiş baş nazir Armen Sarkisian-ın prezidentliyə namizədliyini irəli sürüb.

Sarkisian bundan öncə hər iki fraksiyanın təmsilçiləriylə görüşüb. Respublikaçı Partiyası və Dashnaktsutyun koalisiya tərəfdaşlarıdır.

Ermənistanın vəzifədən getməkdə olan prezidenti Serzh Sarkisian yanvarın 19-da Respublikaçı Partiyasının Armen Sarkisian-ı bu postda görmək istədiyini açıqlamışdı.

Armen Sarkisian indiki prezidentlə qohum deyil. O, 1996-1997-ci illərdə ölkənin baş naziri olub, respirator xəstəlik üzündən istefa verib.

*** Buna da bax: AB Ermənistana 160 milyon avro ayıracaq - 2020-ci ilədək

O, hazırda Ermənistanın Britaniyadakı səfiridir, prezidentliklə bağlı son konstitusiya islahatlarına uyğun olaraq, heç bir siyasi partiyanın üzvü deyil.

KONSTİTUSİYADA NƏ DƏYİŞDİ

Yanvarda prezident Sarkisian deyib ki, Respublikaçı Partiyasının namizədi siyasətə qatılmayan, cəmiyyətin yüksək sayqıyla yanaşdığı şəxs olmalıdır.

2015-ci il dekabr referendumundan sonra Ermənistan yarı-prezidentlik idarəçilik formasını parlament respublikasına dəyişib.

Dəyişikliklər nəticəsində prezidentin veto hüququ alınır, prezidentlik formal mövqeyə çevrilir, parlament onu hər yeddi ildən bir seçir.

Konstitusiya islahatlarına görə, Ermənistan prezidenti yalnız bir dəfə yeddi illiyə seçilə bilər.

*** Buna da bax: Sarkisian: “Deyirsiz ki, Qarabağ sizə ermənilərsiz lazımdır. Bu, heç vaxt olmayacaq”

Skeptiklər bu islahatlara hazırkı prezident Sarkisian-ın ölkəyə siyasi nəzarəti saxlamaq cəhdi kimi baxırlar. Belə ki, aprelin 9-da ikinci müddət beşillik prezidentliyi bitincə, o, baş nazir ola bilər.

Ermənistanın Respublikaçı Partiyası Yerevanın 113 yerlik parlamentdə sadə səs çoxluğuna malikdir və martın əvvəlində keçiriləcək səsvermədə Armen Sarkisian-ın prezident postuna təsdiqlənəcəyi gözlənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG